Kapitandan şad xəbər
Millimizin kapitanı Rəşad Sadıqovun zədələnərək Antalyadakı təlim-məşq toplanışında fərdi məşqlə kifayətləndiyi barədə məlumat vermişdik.
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, kapitan artıq zədəsini sağaldıb. Beləliklə, Sadıqovun bu gün "Şaxtyor"la keçiriləcək yoxlama matçında meydana əsas heyətdə çıxacağı gözlənilir. Müdafiəçi dünən komanda ilə məşqdə də iştirak edib.
Son qərarı isə millimizin baş məşqçisi Robert Prosineçki həkimlərlə məsləhətləşəndən sonra verəcək.
Qeyd edək ki, qarşılaşma saat 18:00-da start götürəcək.
saytlarin hazirlanmasi