Azarkeşlər "Neftçi" və "Qarabağ"ı ziyana saldı, "İnter"ə ağır cəza

11:51 - 24 Fevral 2015

İntizam Komitəsinin iclası

 

Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportal.az PFL-in saytına istinadən xəbər verir ki, keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub. 


 

Topaz Premyer Liqasının XXIII turunun “Neftçi” – “Qarabağ” matçında “Neftçi” və “Qarabağ” klublarının 4 futbolçusunun sarı vərəqə ilə cəzalanmasına görə hər iki klub 1000 manat cərimə olunur  (maddə 40).

Oyununun 36-cı dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunur (maddə 52).

Oyununun 38 və 40 -cı dəqiqələrində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunur (maddə 52).

 

Topaz Premyer Liqasının XXIII turunun “Simurq” – “Sumqayıt” matçının 90+3-cü dəqiqəsində “Simurq” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).

 

Topaz Premyer Liqasının XXIII turunun  AZAL  – “İnter” matçı başa çatdıqdan sonra “İnter” klubunun 19 №-li futbolçusu Sezar Meza Kolli rəqib futbolçuya qarşı təhqiredici jestə görə 3 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.1).

 

“İnter” klubunun fiziki hazırlıq üzrə məşqçisi Miloş Yevtiç oyunun rəsmi şəxsinə qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə 10 oyun cəzalanır, klub 10 000 manat cərimə olunur (maddə 38.5) (maddə 38.8).

Oyunda hər iki komandanın iştirakilə baş vermiş insidentlərə görə hər iki klub 3000 manat cərimə olunur (maddə 49.b).

 

Əvəzedici heyətlərin XXIII turunun “Qəbələ” – “Xəzər Lənkəran” matçının 90+2-ci dəqiqəsində “Qəbələ” klubunun 3 №-li futbolçusu Şirməhəmməd Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

Xəbər xətti