"İnter"dən AFFA-ya sərt reaksiya: "Apelyasiya Məhkəməsinə şikayət edəcəyik"

13:31 - 24 Fevral 2015

"Ağır cəza oldu"

 

Xəbər verdiyimiz kimi, İntizam Komitəsinin növbəti iclasında Premyer Liqanın XXIII turu çərçivəsində keçirilən AZAL - "İnter" matçı ilə yaşanan qalmaqala görə "bankirlər" ümumilikdə 15 min manat cərimələnib. Belə ki, Qonaqların futbolçusu Sezar Meza Kolli rəqib futbolçuya qarşı təhqiredici jestə görə 3 oyun cəzalanıb, klub 2000 manat cərimələnib. “İnter”in fiziki hazırlıq üzrə məşqçisi Miloş Yevtiç oyunun rəsmi şəxsinə qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə daha ağır cəza alıb. Ona 10 oyunluq cəza, kluba 10000 manat cərimə verilib.

 

Sportal.az-a açıqlamasında "İnter"in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov verilən cəzaya sərt reaksiya verərək bunları qeyd edib:

 

"Düşünürəm ki, İntizam Komitəsinin verdiyi cəza çox sərtdir. Biz qəbul olunan pul cəzasına görə Apelyasiya Məhkəməsinə öz şikayət ərizəmizi ünvanlayacağıq".

Xəbər xətti