Arif Əsədov: "Qarabağ”la oyundan sonra çox az vaxtımız var idi"

17:23 - 24 Fevral 2015

"Bu oyunda 3 xal vacib idi"

 

Premyer Liqada III turdan təxirə salınmış AZAL – “Neftçi” oyunu keçirilib. Qarşılaşma 0-1 hesabı ilə paytaxt klubunun xeyrinə nəticələnib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "Neftçi"nin baş məşqçisi Arif Əsədov bunları qeyd edib:

 

"Qarabağ”la oyundan sonra çox az vaxtımız var idi. Tam heyət əlimizdə deyildi. Buna görə əvəzedici heyətdən oyunçular dəvət etmişdik. Çox vacib bir qələbə qazandıq. Belə oyunlarda 3 xal daha vacibdi. İkinci hissə bir qədər çətin oldu, daha çox nəticəni qorumağa çalışdıq”.

Xəbər xətti