"Oyuna yaxşı hazırlaşmışdıq"
Premyer Liqada III turdan təxirə salınmış AZAL – “Neftçi” oyunu keçirilib. Qarşılaşma 0-1 hesabı ilə paytaxt klubunun xeyrinə nəticələnib.
Sportal.az xəbər verir ki, oyundan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov bunları qeyd edib:
“Açığı, komandanı oyuna yaxşı hazırlamışdıq. Zədəlilərimiz var. Valeriy Kutsenkonun yoxluğu hiss olundu. Orta sahədə müəyyən boşluqlar vardı. Belə oyunlarda adətən 1 səhv həlledici olur. Oyunçularıma təşəkkür etdim. Qarşıda çətin oyunlarımız var. Həmin oyunlara hazırlaşmalıyıq. Hakimin bəzi qərarına reaksiya verdim. Bunu emosiya kimi qəbul etmək lazımdı”.
saytlarin hazirlanmasi