"Hakimin sözlərini təkrarlaya bilmərəm"
"Neftçi"nin müdafiəçisi Karlos Kardozo AZAL-la oyunun yan xətt hakimi Nahid Əliyevdən narazı qalıb.
Sportal.az xəbər verir ki, oyundan sonra jurnalistlərin suallarını cavablandıran Karlos bunları qeyd edib:
"Mən 5 ölkədə futbol oynamışam, 30 yaşım var. Amma belə halla ilk dəfədir ki, qarşlılaşıram. Yan xətt hakiminə etiraz etdim. O isə məni təhqir etdi. Azərbaycan dilində müəyyən sözləri başa düşürəm. Əminliklə deyirəm ki, o məni söydü. Səhv başa düşməmişəm. Mətbuatı uşaqlar da oxuyur. Ona görə də hakimin sözlərini təkrarlaya bilmərəm".
saytlarin hazirlanmasi