AZAL-ın kapitanı: "Biz "Neftçi"yə məğlub olmamalıydıq"

19:02 - 24 Fevral 2015

"Komanda bu gün yaxşı oyun sərgilədi"

 

Premyer Liqada III turdan təxirə salınmış oyunda AZAL doğma meydanda “Neftçi”yə 0-1 hesabı ilə məğlub olub. 

 

AZAL-ın kapitanı Rəşad Abdullayev Sportal.az-a açıqlamasında qarşılaşma haqqında bunları söyləyib:

 

"İlk dəqiqələrdən qapımızda qol gördük. Komanda bu gün yaxşı oyun sərgilədi. İkinci hissə bizim üstünlüyümüz şəraitində keçdi. Müdafiədəki səhvə görə məğlub olduq. "Neftçi"nin hücum xətti təcrübəli olduğundan bu səhvi bağışlamadı. Bizimdə çoxlu qol imkanlarımız oldu, lakin bu imkanlardan istifadə edə bilmədik. Hakimin az da olsa səhvləri oldu, amma bu səhvlər oyunun nəticəsinə təsir edən səhvlər deyildi. Sadəcə olaraq biz qol vura bilmədik. Ona görə də məğlub olduq. Komandamız bu oyunda ən azı bir xalı hədəfləyirdi. "Neftçi" yalnız birinci hissədə bizdən üstün idi. Biz məğlub olmamalıydıq. 3 xal bizə çox lazım idi. Bu gün qələbə qazansaydıq 4-cü yerə daha da yaxınlaşardıq".  

Xəbər xətti