AZAL-ın futbolçusu: "Həmin epizodda qırmızı vərəqə verilməli idi"

12:32 - 25 Fevral 2015

"Biz qələbə qazanmalı idik"

 

Premyer Liqanın III turundan təxirə salınan matçda AZAL doğma meydanda "Neftçi"yə 0:1 hesabı ilə qalib gəlib.

 

Sportal.az-a açıqlamasında AZAL-ın gənc futbolçusu Seymur Əsədov oyunla bağlı fikirlərini bölüşüb:

 

"İlk 15 dəqiqəni "Neftçi" topla daha çox oynadığına görə qapımıza yol tapdılar. Biz daha sonra özümüzə gəlsək də, bir çox qol epizodlarından yararlana bilmədik. 2-ci hissədə biz daha yaxşı oynadıq. Rəqib isə sırf müdafiə futbolu oynadı. İnşallah kubok oyununda "Neftçi"dən öz revanşımızı ala biləcəyik. İkinci hissəyə baxanda qələbəyə daha çox layiq olduğumuzu deyə bilərəm. Hakimin idarəçiliyinə gəlincə isə, oyunun nəticəsinə təsir edəcək bir səhvi olmasa da, Elvin Yunuszadənin mənə qarşı etdiyi kobudluqda qırmızı vərəqə verilməli idi. 

 

Tərlan Əhmədovun inamını qazanmasından da söz açan Seymur bunları dilə gətirdi:

 

"Təbii ki, Tərlan müəllimin mənə köməyi çox dəyib.  Onun inamını qazanmışamsa, bu mənim üçün sevindirici bir haldır. Bundan sonra əlimdən gələni etməklə Tərlan müəllimin inamına layiq olmağa çalışacam.

Xəbər xətti