2 gün ərzində maaşlar ödəniləcək
Hafiz Məmmədov dünən “Bakı”nın bazasını ziyarət edib.
Sportal.az futbolxeber.az-a istindən xəbər verir ki, Məmmədov bazada klub rəsmiləri ilə toplantı keçirib. Toplantıda “Bakı”nın maliyyə məsələləri müzakirə edilib. Hafiz Məmmədov qeyd edib ki, “Bakı” klubu təkcə onun üçün yaşamır. “Bakı” paytaxtın adını daşıyır və klubun gələcək inkişafı üçün əlindən gələni əsirgəməyəcək.
“Hazırda maddi problemlər dünyanın bir çox yerlərində mövcuddur. Bizim də bəzi problemlerimiz var. Ancaq biz yenə də çalışmalıyıq ki, Azərbaycan idmanına dəstək olaq” deyə, Hafiz Məmmədov əlavə edib.
Klub prezidenti həmçinin bazadakı ümumi vəziyyətlə tanış olub və gələcək strukturla bağlı göstərişlərini verib. Komanda üzvləri ilə görüş zamanı Hafiz Məmmədov tapşırıq verib ki, qarşıdakı 2 gün ərzində bütün işçilərin maaşları ödənilsin.
saytlarin hazirlanmasi