"Sumqayıt"ın baş meneceri: "Təvəkkül AFFA-ya şikayət etsin, problem yoxdu"

13:21 - 26 Fevral 2015

"Burda hər şey qabardıldı, qarışqadan fil düzəldildi"
 
"Sumqayıt"ın gənc futbolçusu Təvəkkül Məmmədov mətbuata açıqlamasında "Sumqayıt" klubunun ona "ya 1000 dollar maaşa oynayacaqsan, ya da 25 000 dollar gətir, sənədini al" deməsini bildirib.
 
Bu barədə klubun meneceri Ceyhun Sultanov Sportal.az-a açıqlamasında aydınlıq gətirib:
 
"İlk olaraq qardaşı ilə telefonla danışdım, bildirdim ki,onun əmək haqqı azalacaq, cərimələnəcək və əvəzedici heyətə göndəriləcək. Onlar da bildirdi ki, problem yoxdu, gəlib danışarıq. Bura gələndə dedi ki, mən əmək haqqının azalmasına qarşıyam və oynamaq istəmirəm. Dedim ki, bu, klub rəhbərliyinin şərtidir, istəmirsən, özün bilərsən. Halbuki o, cəmi 3 ay aşağı əmək haqqı ilə oynayası idi, 3 aydan sonra il yarımlıq kontraktı var idi, onda stabil maaşını alası idi. Razı olmadı, dedi AFFA-ya şikayət edəcəm, şikayət etmək də hər futbolçunun haqqıdır, qoy şikayət etsin, problem yoxdu. Qaldı ki, 25 min dollar məsələsinə, biz onun transferi üçün klubuna 10 min dollar pul ödəmişdik, dedik 10 min dolları ödəsin, sərbəst şəkildə getsin. Burda hər şey qabardıldı, qarışqadan fil düzəldildi".

Xəbər xətti