"Mən özümü hazır hiss etmirdim"
AFFA-nın baş katibi Elxan Məmmədovun 6 il əvvəl keçirilən “Turan” – “Neftçi” matçını “faciəvi oyun” adlandırması aranı qatıb. Bununla bağlı "Turan"ın həmin dövrdə kapitanı olan Nadir Nəbiyev fikirlərini bölüşüb.
Sportal.az-a açıqlamasında sabiq kapitan bunları qeyd edib:
"Mən həmin oyunda hazır olmadığıma görə matçda forma geyinə bilmədim. "Neftçi" ilə matçdan öncəki və sonrakı turda da, özümü hazır hiss etmədiyimə görə oyunlarda iştirak etmədim. Onu da qeyd edim ki, heç kim oyundan qabaq gəlib mənə deməyib ki, bu qarşılaşmada zəif oynayaraq "Neftçi"yə məğlub olun. Bilmirəm, Elxan müəllim həmin ifadəni nəyə görə səsləndirib. Lakin, onu deyə bilərəm ki, mənə oyun alqı-satqısı ilə bağlı matçdan öncə bir təlimat verilməyib.
Nəbiyev bir vaxtlar "Turan"ın məsul vəzifəsində çalışa bilməsi ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirdi:
"Kimlərsə mənim "Turan"da olmağımı istəmir. Yalnız mən deyil, bəzi mütəxəssislər və məşqçilər də var ki, onlar "Turan " üçün çox əmək sərf ediblər. Həmin şəxslərin "Turan"da işləməsi bəzi adamlara sərf etmir. Ona görə də, mən daxil olmaqla həmin insanlar da, hazırda futboldan kənarda qalmışıq. Yaxın günlərdə bunun səbəblərini saytınıza açıqlamamda aydınlıq gətirəcəm."
saytlarin hazirlanmasi