Kaxaber Sxadadze: "Son dəqiqələrdə konsentrasiyanı itirdik"

17:20 - 28 Fevral 2015

"Bu oyunda üç xal qazanmaq çox vacib idi"

 

Premyer Liqanın XXIV turu “İnter” üçün uğurlu alındı. Paytaxt klubu “İnter Arena”da “Simurq”u 2-1 hesabı ilə üstələdi.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "İnter"in baş məşqçisi Kaxaber Sxadadze bunları qeyd edib:

 

“Bu oyunda üç xal qazanmaq çox vacib idi. "Simurq"a qarşı oynamaq çox çətindir. Rəqib qapanmağı bacaran bir komandadır. Buna baxmayaraq, qol vurmağı bacardıq və oyunun gedişini nəzarətdə saxlayırdıq. Son dəqiqələrdə konsentrasiyanı itirdik və heç nədən qol buraxdıq. Amma futbolçulardan məmnunam və onlara təşəkkür etmək istəyirəm. Qarşıda bizi çətin oyunlar gözləyir. Tez bir zamanda bərpa olunub, mübarizəni həm kubokda, həm çempionatda davam etdirməliyik".

Xəbər xətti