"Oyun çox çətin keçdi"
Premyer Liqanın XXIV turu “İnter” üçün uğurlu alındı. Paytaxt klubu “İnter Arena”da “Simurq”u 2-1 hesabı ilə üstələdi.
Sportal.az xəbər verir ki, oyundan sonra "Simurq"un baş məşqçisi Georgi Çixradze bunları qeyd edib:
“Oyun çox çətin keçdi. Hücumlara atılırdıq, amma çox təəssüf, bu məntiqli sonucla nəticələnmirdi. Müdafiədə kobud səhvlər buraxdıq və bu da oyunun nəticəsinə təsir etdi. Səhvlərin üzərində çalışmalıyıq”.
saytlarin hazirlanmasi