"Oyuna biz hakimlik edirdik"
Premyer Liqanın XXIV turunda “Bakı”nı qəbul edən “Xəzər Lənkəran” 2-1 hesablı qələbə qazandı.
Sportal.az xəbər verir ki, oyundan sonra "Bakı"nın baş məşqçisi İbrahim Uzunca bunları qeyd edib:
"Oyuna biz hakimlik edirdik. Lakin ilk qolu biz buraxdıq. Sonradan toparlansaq da, məğlub olduq. Buna baxmayaraq, oyundan və mübarizədən razıyam. Sadəcə, mənim xahişim odur ki, hakimlər diqqətli olsunlar, təkcə bizim oyunlarda yox, bütün oyunlarda”.
saytlarin hazirlanmasi