"Çatışmazlıq var idi"
Azərbaycan Premyer Liqasının XXIV turunda “Bakı”nı qəbul edən “Xəzər Lənkəran” 2-1 hesablı qələbə qazandı.
Sportal.az xəbər verir ki, "Xəzər Lənkəran" klubunun baş məşqçisi Elbrus Məmmədov qarşılaşma haqqında bunları söyləyib:
“Bu heyətlə ilk qələbəni qazandıq. Çatışmazlıq var idi, vəzifəmizin öhdəsindən gəldik. Bu münasibətlə futbolçuları, rəhbərliyi tamaşaçıları təbrik edirəm. Müdafiəçilər bir qədər inamsız çıxış etdilər. Bu hadisələrlə ikinci hissədə qarşılaşmadıq. Ağabala Ramazanovun qırmızı vərəqə aldığı epizoda baxılacaq. Ramazanov deyir ki, günah iş görmədim. Buna rəğmən, epizoda baxılacaq və qərar veriləcək”.
saytlarin hazirlanmasi