Nurlan Novruzov akrobatik tullanışa belə şərh verdi: "Boyum balaca olduğu üçün..."

20:00 - 28 Fevral 2015

"Buna görə belə hərəkət etdim"

 

Premyer Liqanın XXIV turu çərçivəsində keçirilən "Xəzər Lənkəran" - "Bakı" (2:1) matçının  71-ci dəqiqəsində maraqlı hadisə baş verib. Belə ki, paytaxt təmsilçisinin hücumçusu Nurlan Novruzov rəqibin duran topdan ötürməsini qeyri-adi şəkildə dəf edib.

 

Sportal.az-a açıqlama verən Nurlan Novruzov həmin hərəkətə belə şərh verib:

 

"Boyum balaca olduğu üçün belə bir yola əl adım. Fəndimin uğurlu alındığı üçün sevinirəm. Rəqibin futbolçusu da bu hərəkətimi gözləmirdi. Əsas odur ki, hücumun qarşısını alaraq komandaya xeyir verə bildim."

Xəbər xətti