Ekiqo: "Bu oyunda işi həll edib səfərə sərfəli nəticə ilə yollanmalıyıq"
"Qarabağ"ın güclü komanda olduğu hamıya məlumdu. Oyundan əvvəl də baş məşqçi bizi oyuna xüsusi motivasiya etmişdi. Əsas o idi, meydana çıxdıq və son dəqiqəyə qədər vuruşduq. Bu qələbə bizdə növbəti oyunlara hazırlaşmağa əlavə güc verəcək".
Bu sözləri Sportal.az-a açıqlamasında "Qəbələ"nin hücumçusu Ekiqo Ehiosun bildirib. Ekiqo ölkə kubokunun 1/4 final mərhələsində qarşılaşacaqları "Simurq"la oyun haqda da danışıb:
"Bizi çətin oyun gözləyir, çempionatda sadə səhvlərdən oyunda məğlub olduq, bu dəfə bu səhvləri təkrarlamalıyıq. Komandamız yarımfinala yüksələcək gücdədir. İlk oyunu azarkeşlərimiz önündə keçirmək bizim üçün üstünlükdü və bu oyunda işi həll edib səfərə sərfəli nəticə ilə yollanmalıyıq. Hazırki vəziyyətdə həm çempionat, həm də kubok oyunları bizim üçün vacibdi. Çempionatda ilk "3-lükdə" olmaq istəyirik, ötən mövsüm "Qəbələ" kubokda finalda məğlub oldu, bu mövsüm kuboku qazanmalıyıq. Hər iki cəbhədə də sona qədər mübarizə aparacağıq".
Forvard öz oyunu barəsində danışıb:
"Qış fasiləsində təlim-məşq toplanışının sonlarına yaxın zədələndim. Ona görə də, bir neçə oyunda sonradan meydana daxil oldum. hazırda özümü yaxşı hiss edirəm, baş məşqçiyə təşəkkürümü bildirirəm ki, məni start heyətdə meydana buraxır. Meydanda çalışıram ki, öz oyunumla, vurduğum qollarla komandama kömək edim. Hazırda yaxşı formadayam, ümid edirəm ki, mövsümün axırına kimi belə davam edəcəm".
saytlarin hazirlanmasi