Rəşad Sadiqov: "Ayağımda hələ də ağrılar var"

16:20 - 2 Mart 2015

"Çalışacağam ki, bir qədər ehtiyatlı məşq edim"

 

“Qəbələ”nin aparıcı oyunçularından olan Rəşad Sadiqov “Xəzər Lənkəran” oyunda zədələndiyi üçün son turda “Qarabağ”la oyunu buraxmalı oldu.

 

Millimizin yarımmüdafiəçisinin son durumunu öyrənmək üçün onunla əlaqə saxladıq. Sportal.az saytına açıqlama verən Rəşad Sadiqov hələ də ağrılardan əziyyət çəkdiyini dedi:

 

“Kubok çərçivəsində “Simurq”la qarşılaşmalıyıq. Bu gün oyunöncəsi məşq olacaq. Həmin məşqə mən də qatılacağam. Çalışacağam ki, bir qədər ehtiyatla məşq edim. Çünki ayağımda hələ də ağrılar var.

Məşqdə özümü yaxşı hiss etsəm, ola bilər ki, "Simurq"la oyunda ilk 18-likdə olum. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.   

Xəbər xətti