"Qarabağ" – "Qəbələ": Bizdə olmayan "No goal" FOTO

16:50 - 2 Mart 2015

Top qapı xəttini keçmişdi, amma...

 

Futbolda tez-tez rast gəlinən mübahisəli məqamlardan biri də topun qapı xəttini keçib-keçmədiyini müəyyənləşdirərkən olur.

 

Çünki qaydalara görə, top qapı xəttini tam keçməlidir. Əgər 3/4 hissəsi keçsə belə, bu, qol demək deyil. Belə epizodları isə heç yan xətt hakimlərinin dəqiq görə biləcəyinə heç kim zəmanət verə bilməz.

 

İngiltərə futbolu bu problemdən xilas olub. Dumanlı albionda tətbiq olunan “No goal” sistemi belə epizodlarda baş verən mübahisələrə son qoyub. İndi İngiltərə çempionatında top qapı xəttini keçən kimi hakimin əlindəki saatda qol barədə xəbərdarlıq görünür və bu qərara heç kim şübhə ilə yanaşmır.

 

Belə epizodlardan biri bizim Premyer Liqanın son turunda keçirilən “Qarabağ” – “Qəbələ” matçında olub. Qonaq futbolçunun zərbəsindən sonra top qapını keçib və hakim meydanın mərkəzini göstərib. Amma gələcəkdə bundan da çətin epizodlar olacaq ki, onda hakimin gözü dəqiq qərar üçün yetərli olmaya bilər.

 

Təəssüf ki, “No goal” sistemi hələ ki, bizim üçün xəyaldı. 

 

Sportal.az

 

Xəbər xətti