İspan futbolçu rəsmən Ağdam təmsilçisində
"Qarabağ” bu günlərdə Bakıya gətirdiyi Dani Quintana ilə münasibətləri rəsmiləşdirib.
Sportal.az apasport.az-a istinadən xəbər verir ki, ispaniyalı hücumçu az öncə müqaviləyə qol çəkib.
28 yaşlı forvard Ağdam təmsilçisi ilə 3 illik müqavilə imzalayıb. Lakin bu anlaşma yaydan etibarən qüvvəyə minəcək. Çünki futbolçu azad agent statusu daşısa da, bu mövsüm 2 komandanın formasını geyindiyi üçün yaya qədər “Qarabağ”da oynaya bilməz.
Qeyd edək ki, “Valensiya”nın yetirməsi olan Dani Quintana Sosa “Qarabağ”a Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubundan gəlib.
Xatırladaq ki, bu barədə ilk məlumatı Sportal.az yayıb. http://sportal.az/?goal=news&id=51194
saytlarin hazirlanmasi