"5 turdan sonra meydana çıxdım"
"Qəbələ"nin müdafiəçisi Ruslan Tağızadə 5 turdan sonra Roman Qriqorçukun etimadını qazanaraq Premyer Liqanın XXIV turu çərçivəsində "Qarabağ"a qarşı səfər matçında 90 dəqiqə meydanda olub.
Sportal.az-a açıqlamasında Ruslan öz fikirlərini bölüşüb:
"5 turdan sonra meydana çıxdım və qələbə qazanmağımız sevincimi ikiqat artırdı. Baş məşqçimizə də təşəkkür edirəm ki, belə bir vacib matçda mənə şans verdi. Şükürlər olsun ki, hər şey yaxşı alındı və sonda qələbə qazandıq. Oyundan qabaq Qriqorçukla hər hansı bir söhbətim olmasa da, oyundan sonra mənə bir-iki göstəriş verərək belə davam etməyimi bildirdi. Qarşıda kubokda "Simurq"la çətin oyunumuz var. Baş məşqçi bu oyunda mənə şans versə meydana çıxıb əlimdən gələnio edəcəyəm."
saytlarin hazirlanmasi