Skarlatake son durumunu Sportal.az-a açıqladı

00:39 - 4 Mart 2015

"Bu gün ilk "18-lik"də ola bilərəm"
 
Dünən "Xəzər Lənkəran"ın müdafiəçisi Adrian Skarlatakenin məşq zamanı ayağında ağrılar olması və məşqi yarımçıq dayandırması ilə bağlı redaksiyamıza məlum daxil olmuşdu.
 
Bu məsələyə Skarlatakenin özü Sportal.az-a açıqlamasında aydınlıq gətirib:

"Ayağımda ağrılar var idi, məşqi yarımçıq dayandırmadım. Hazırda bərpa prosesi keçirəm, buna görə də ağrıların olması normaldı. Bu gün "İnter"lə oyunda start heyətində meydana çıxmayacağım dəqiqdi, ola bilsin ki. ehtiyyat skamyasında yer alacam. Hazırda gündən-günə daha yaxşı oluram, start heyətdə meydana çıxmağım üçün bir az vaxta ehtyacım var".

Xəbər xətti