"Bakı"nın gənc futbolçusu: "Ağabala əlini çəkmək istəyəndə, üzümə dəydi"

13:23 - 4 Mart 2015

"Məğlub olmalı deyildik"

 

Premyer Liqanın XXIV turu çərçivəsində keçirilən "Xəzər Lənkəran" - "Bakı" matçının son dəqiqələrində "Bakı"nın futbolçusu Nicat Əsgərov rəqib komandanın üzvü Ağabala Ramazanovun qırmızı vərəqə almasına səbəb olub. Baş verən qalmaqalla bağlı Nicat Əsgərov  Sportal.az-a açıqlamasında bunları qeyd edib:

 

"Oyun epizodu idi. Top uğrunda mübarizə aparanda epizodun sonunda əllərimiz dolaşıq idi və o əlin çəkmək istəyəndə mənim üzümə dəydi. Bundan sonra nə baş verdiyini soruşanda isə mənə əl uzadaraq üzr istədi. Yan hakim də epizoda yaxın id. Ona görə də hər şeyi görürdü. Ağabalanın özü də bu məsələ ilə bağlı açıqlama versə mən dediklərimi deyəcək. Kimsə mənə sərt ifadələr işlətsə üzümü çevirib getmərəm".

 

Azərbaycan Kubokunun 1/4 final mərhələsində bu gün keçiriləcək "Qarabağ" - "Bakı" matçı haqqında da fikirlərini bölüşən Əsgərov oyunun çətin keçəcəyini bildirib:

 

"Biz hər oyunda mübarizə aparmaq üçün çıxırıq. "Qarabağ"dan çempionatda xal almışıq. Düşünürəm ki, sona qədər mübarizə aparsaq nəsə əldə etmək olar. Oyunun çətin keçəcəyi hərkəsə məlumdur."

Xəbər xətti