“Bakı”nın sonuncu pillədə olması məni üzür”
“Bakı” klubunun sabıq üzvü Vadim Borets hazırda ölkəsində 16 yaşlılardan ibarət Moldova millisinin baş məşqçisi vəzifəsində çalışır.
Gənc mütəxəssis Sportal.az-a açıqlamasında Azərbaycan Premyer Liqasının oyunlarını diqqətdə saxladığını bildirib. Həmçinin moldovalı veteran futbolçu sabiq komandası “Bakı”nın hazırkı vəziyyətindən də söhbət açıb:
“Oyunları izləyə bilməsəm də, ən azından nəticələrdən xəbərim var. Azərbaycan çempionatında rəqabət bir qədər zəifləyib. Əvvəl çempionluq uğrunda 5-6 komanda mübarizə aparırıdısa, indi iddialıların sayı azalıb. “Qarabağ” həm oyun həm də səviyyəli futbolçuları baxımından əsas rəqiblərini üstələyir. Onların Avropa Liqasının qrup mərhələsindəki oyunlarını izlədim. Əslində “Qarabağ” heç də qrup mərhələsində rəqiblərinə oyun baxımından uduzmadı. “İnter”lə oyunda “Qarabağ”ın vurduğu qol da təmiz idi. Orada oyundan kənar vəziyyətdən belə söhbət gedə bilməz. Yan hakimin kobud səhvi “Qarabağ”ı 116 final mərhələsindən etdi. “Qarabağ” belə oynasa gələcəkdə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilər. Son turda “Qəbələ”yə məğlub olmalarına baxmayaraq, yenə də “Qarabağ” çempionluğa real namizəddir.
Düzdü, “İnter” və “Neftçi”ylə aradakı xal fərqi elə də böyük deyil. Ancaq oyununa görə “Qarabağ” daha yaxşı təsir bağışlayır. Hər şey özlərindən asılıdır. Məni üzən sabiq komandam “Bakı”nın son pillədə qərarlaşmasıdır. Əvvəlki “Bakı”dan əsər-əlamət qalmayıb. Bir vaxtlar iddialılardan sayılan “Bakı”nın çətin vəziyyətdə olmasından xəbərim var. “Xəzər Lənkəran”ın də legionerlərdən imtina edərək gənclərlə oynaması komandanı zəiflədib. Əslində güclü komandaların zəifləməsi çempionatda rəqabəti və marağı azaldır. Ümumiyyətlə, Premyer Liqada mübarizə aparan komandalar nə qədər güclü olarsa, çempionatın səviyyəsi bir o qədər artar və klublarınız irəli gedər. Ancaq bu gedişlə çempionata maraq də itəcək”.
saytlarin hazirlanmasi