Qurban Qurbanov: "İbrahim Uzunca ilə oyundan sonra söhbət etdik"

19:20 - 4 Mart 2015

"Azərkeşlər üçün hardasa maraqlı oyun alındı"

 

Azərbaycan Kubokunun ¼ final mərhələsinin ilk oyununda “Qarabağ” “Bakı”nı 3-0 hesabı ilə məğlub edərək, mərhələnin taleyini həll etdi.
 

Sportal.az xəbər verir ki, oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bunları qeyd edib:

 

“Azərkeşlər üçün hardasa maraqlı oyun alındı. Çox qollar gördük. Komandamı təbrik edirəm. Qarşıda hələ ikinci oyunumuz da var. Qrafik çox sıxdı. Oyunçularda istər istəməz yorğunluq hiss olunur. Biz çalışırıq hazırlığımızı yüksək səviyyədə saxlayaq. İbrahim Uzunca ilə oyundan sonra söhbət etdik. Bu vəziyyətdə oynamaq, çalışmaq çox çətindi. Amma buna baxmayaraq həm məşqçi, həm gənc oyunçuları ürəylə işləyirlər. "Bakı"ya uğurlar arzulayıram". 

Xəbər xətti