Vüqar Nadirov: "Bütün oyunlara çıxanda çalışıram ki, qol vurum"

19:40 - 4 Mart 2015

"Bakı" gənc futbolçulardan təşkil olunsa da..."

 

Azərbaycan Kubokunun ¼ final mərhələsinin ilk oyununda “Qarabağ” “Bakı”nı 3-0 hesabı ilə məğlub edərək, demək olar ki, mərhələnin taleyini həll etdi.

 

Sportal.az-a açıqlamasında "Qarabağ"ın futbolçusu Vüqar Nadirov oyun haqqında fikirlərini bölüşüb:

 

"Bakı" gənc futbolçulardan təşkil olunsa da, çətin oyun keçdi. Əsas odur ki, qapımızda qol görmədən 3 qol vura bildik. Komandada arxayınçılıq olmasa da, yorğunluq var idi. Təbii ki, mən hər oyuna çıxanda çalışıram ki, qol vurum. Lakin əsas odur ki, komandamız qələbə qazansın. Fərqi yoxdur o qolu mən vurdum, ya başqası."

 

Millinin növbəti Malta sınağından da söz açan Nadirov milliyə dəvət olunma ehtimalının olduğunu da bildirdi:

 

"Təbii ki, milliyə dəvət olunmağı hər futbolçu kimi mən də istəyirəm. İnşallah bu hal baş verər. Qarşıdakı Malta ilə matçda da uğur qazanacağımıza inanıram."

Xəbər xətti