Arif Əsədov: "Növbəti matça ümidlə baxıram"

20:20 - 4 Mart 2015

"Ümumilikdə komandadan razıyam"

 

Azərbaycan Kubokunun ¼ final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Neftçi” – AZAL oyununda qapılara qol vurulmadı. 

 

Sportal.az xəbər verir ki, oyundan sonra "Nefçti"nin baş məşqçisi Arif Əsədov bunları qeyd edib:

 

"Qrafik sıxdır. Ona görə də bu gün bəzi futbolçuları oyunun gedişində meydançaya buraxdıq. İlk oyunda heç-heçəyə baxmayaraq, növbəti matça ümidlə baxıram. Bəzi imkanlardan istifadə edə bilmədik. Ümumilikdə komandadan razıyam.  Qarşıdakı oyuna hazırlaşmalıyıq. Kubok matçlarında hər şey cavab oyununda həll olunur”.

Xəbər xətti