"İstəyirdik ki, səfərdə heç olmasa 1 qol vuraq"
"Azərbaycan Kubokunun ¼ final mərhələsinin ilk oyununda “İnter” “Xəzər Lənkəran”ı 2-0 hesabı ilə məğlub etdi.
Sportal.az-a açıqlamasında "Xəzər Lənkəran"ın müdafiəçisi Rasim Ramaldanov oyun haqqında fikirlərini bölüşüb:
"Çox ağır oyun oldu. İstəyirdik ki, səfərdə heç olmasa 1 qol vuraq. Lakin, bu alınmadı. Müəyyən qədər bunu bəxtsizliklə əlaqələndirərdim. Düşünürəm ki, ikinci matçda 2 qol vura biləcəyik. Həmin matçda əlimizdən gələni edəcəyik. Hücum xəttində dişsiz olmağımızı düşünmürəm. Məncə, hücumameyilli futbolçularımız əllərindən gələni edirlər."
Son vaxtlar yaxşı formada olmamasına da aydınlıq gətirən Ramaldanov bunları qeyd edib:
"Ola bilər ki, "Simurq"da çıxış etdiyim kimi burda özümü göstərə bilmirəm. Düşünürəm ki, zədə səbəbindən son vaxtlar yaxşı formada deyiləm. Zəif çıxış etməyimi komandanın hazırki durumu ilə əlaqələndirməzdim. Bundan sonra öz üzərimdə daha çox çalışıb komandama kömək etməyə cəhd göstərəcəm."
saytlarin hazirlanmasi