"Xəzər Adaları" EKOL-la oyun öncəsi son məşqinə çıxdı FOTOREPORTAJ

00:17 - 5 Mart 2015

"Bu oyundan qələbə ilə ayrılmalıyıq"
 
Bu gün futzal üzrə Azərbaycan çempionatının 12-ci turunda "Xəzər Adaları" EKOL-la qarşılaşacaq. Komanda dünən günorta saatlarında "ABU Arena"da son məşqinə çıxıb. Ötən turda ciddi rəqiblərindən biri "Fənər"i məğlub edən komandada gözəl ab-hava var. Komandanın baş məşqçisi Elnur Qəmbərovun da futbolçularla məşq zamanı bir neçə dəqiqəlik söhbəti, futbolçuları bu oyuna kökləməyi diqqətlərdən qaçmadı.
 
Futbolçulardan Eduardo da öz fikirlərini saytımızla bölüşüb:
 
"Ötən turda "Fənərbaxça" üzərində qələbə bizi arxaynlaşdırmayıb, bu oyundan sonra deyə bilmərik ki, çempionuq. Hələ qarşıda çətin oyunlar var, amma rəqiblərdən 5 xal irəlidəyik, bu xal fərqini daha artılmalıyıq. Bütün rəqiblərə qarşı ciddi hazırlaşırıq və bu oyundan da qələbə ilə ayrılmalıyıq. Bizdə həmişə qələbə istəyi var, bunun üçün də meydanda vuruşuruq".
 
O, həmçinin ötən tur "Fənərbaxça"nın hakimlikdən narazı qalmasına belə şərh verib:
 
"Hakimlərin bizə kömək etdiyi absurd bir şeydir. Hakim robot deyil, onun da səhvləri ola bilər. Bu səhvlər həm bizim leyhimizə, həm də əleyhimizə ola bilər. Bunu belə müqayisə edək, əgər bizim komandadan bir futbolçu oyunda səhv edirsə, deməli digər komandaya kömək edir?".
 
Sportal.az məşqdən hazırladığı fotoreportajı təqdim edir:
 

Xəbər xətti