"Neftçi" ilə oyunda AZAL-a texniki məğlubiyyət verilə bilər ÖZƏL

13:10 - 5 Mart 2015

Şemonayev meydana çıxdığı üçün...

 

Azərbaycan kubokunun 1/4 final mərhələsində dünən keçirilən "Neftçi" - AZAL (0:0) matçında "təyyarəçilər"ə texniki məğlubiyyət verilə bilər.

 

Sportal.az-a daxil olan özəl məlumata görə, buna səbəb kimi AZAL-ın futbolçusu Aleksandr Şemonayevin cəzalı olmasına baxmayaraq meydana çıxması olub. Belə ki, 2013-2014 mövsümünün ölkə kubokunda AZAL-ın heyətində qırmızı vərəqə alaraq meydandan qovulan Şemonayev dünən keçirilən matçda meydana çıxdığı üçün AZAL-a ilk matçda 0:3 hesablı texniki məğlubiyyətlə üzləşə bilər.

 

Qeyd edək ki, Şemonayev bu mövsümün 1/8 finalında "Xəzər Lənkəran"ın heyətində olduğundan və həmin mərhələdə "Araz Naxçıvan"ın məlum səbəblərdən çempionatdan kənarda qalmasına görə Lənkəran təmsilçisinin texniki qələbə qazanması futbolçunun  qırmızı vərəqəsinin qüvvədə qalmasına səbəb olub.

Xəbər xətti