"Onun meydana çıxmasında problem yoxdu"
Xəbər verdiyimiz kimi, AZAL-ın futbolçusu Aleksandr Şemonayev ötən mövsüm kubok matçında "Qarabağ"la qarşılaşmada qırmızı vərəqə aldığı üçün bir oyunluq cəzalndırılıb. Lakin Şemonayev yayda "Xəzər Lənkəran"a transfer olunsa da, kubokun 1/8 final mərhələsində "Araz Naxçıvan"la qarşılaşmalı idi, lakin Naxçıvan təmsilçisi fəaliyyətini dayandırdığı üçün birbaşa 1/4 finala yüksəlir. Aleksandr qış transfer pəncərəsində yenidən AZAL-a qayıdır və dünən "Neftçi" ilə kubok matçında meydana çıxır. Futbolçunun cəzası olmasına baxmayaraq, oyunu buraxmır.
Bu barədə PFL-in texniki-idman şöbəsinin rəisi Zamiq Hüseynov Sportal.az-a açıqlamasında aydınlıq gətirib:
"Bu barədə oyundan əvvəl də bizim informasiyamız var idi. Kubokda iki komandadan biri yüz faiz qalib gəlməlidi. Burda da futbolçu "Xəzər Lənkəran"a transfer olunur və bildiyiniz kimi, "Araz Naxçıvan" 1/8 finalda "Xəzər Lənkəran"la oynamalı idi, lakin cənub təmsilçisi texniki qələbə sahəsində 1/4 finala yüksəlir. Əsasnamədə də belə bir bənd var ki, futbolçunun 3 halda cəzası həyata keçmiş sayılır: 1) oyun sona kimi davam etdirilməyəndə 2) oyunun nəticəsi ləğv ediləndə 3) komandaların birinə texniki məğlubiyyət veriləndə. Burdada "Araz Naxçıvan"a texniki məğlubiyyət verilir və həmin oyunda da Şemonayev cəzasını bu oyunda çəkmiş olur, onun günahı yoxdu ki, rəqib meydana çıxmır. Yəni onun dünən "Neftçi" ilə oyunda meydana çıxmasında problem yoxdu. Bu proses belədir və bu yalnız kubok oyunlarına şamil edilir. Həmişə kubok bu sistemlə keçirilir və klublara da bu barədə məlumat verilir".
saytlarin hazirlanmasi