Yanvar ayının maaşı verilmədiyinə görə...
Maliyyə səbəblərindən heç cür özünə gələ bilməyən "Bakı" keçən ay AFFA-nın verdiyi 1 aylıq maaşla az da olsa, özünə gələ bilmişdi. Lakin həmin maaş bu ilin fevral ayı üçün nəzərdə tutulduğundan yanvarın maaşının hələ də verilməməsi futbolçuların qəzəbinə tuş gəlib.
Sportal.az-a daxil olan məlumata görə, bu gün keçirilməsi nəzərdə tutulan məşqə çıxmayan "Bakı" futbolçuları maaşlarının verilməyəcəyi təqdirdə, martın 8-i keçiriləcək AZAL-la matça çıxmaya bilərlər.
Qeyd edək ki, AFFA-nın baş katibi Elxan Məmmədov ötən ay baş tutan "Qarabağ" - "Bakı" matçından əvvəl paltardəyişmə otağına gələrək futbolçulara yanvardan may ayına kimi maaşlarının veriləcəyini söz vermişdi.
saytlarin hazirlanmasi