"Yəqin AFFA-da texniki səhv olub"
Az öncə xəbər verdiyimiz kimi, "Bakı" AFFA-dan yanvar ayının maaşını almadığına görə, bu gün keçirilməsi nəzərdə tutulan məşqə çıxmaqdan imtina edib. Pullarının verilməməsi təqdirində isə AZAL-la matça çıxmayacaqlarını bildiriblər.
Bu barədə Sportal.az-a açıqlamasında "Bakı"nın aparıcı futbolçusu Nurlan Novruzov bunları qeyd edib:
"Bəli, komandada maliyyə problemləri var. Ancaq, düşünürəm ki AZAL-la matça qədər hər şey öz həllini tapacaq. Rəhbərlik də əllərindən gələni edəcək. Əgər oyuna qədər maaşlar verilməsə, komandanın oyuna çıxıb-çıxmayacağı haqqında mənim nəsə deməyim düz çıxmaz. Komanda nə addəm atsa, mən də o qərarı verəcəm. Çünki, biz bir ailəyik. İnanıram ki, iş o həddə çatmayacaq ki, biz oyuna çıxmayaq."
Novruzov yanvar ayından öncə fevralın maaşlarının verilməsinə belə münasibət bildirib:
"Yəqin AFFA-da texniki səhv olub, aylar qarışıq düşüb. Bizə də bu barədə deyilib ki, məsələ tezliklə öz həllini tapacaq."
saytlarin hazirlanmasi