"Qarabağ"da Reynaldo şoku ÖZƏL

18:34 - 5 Mart 2015

10 günə yaxın oynamayacaq

 

Azərbaycan kubokunun 1/4 final mərhələsində keçirilən "Qarabağ" - "Bakı" (3:0) matçında meydan sahiblərinin heyətində Reynaldo zədələnib.

 

Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, Reynaldonun zədəsi ciddidir və 10 günə yaxın yaşıl meydanlardan uzaq qalacaq.  

 

Qeyd edək ki, hücumçunun martın 8-i keçiriləcək "Xəzər Lənkəran"la matçı buraxacağı dəqiqdir.

Xəbər xətti