İcraiyyə Komitəsinin növbəti üzvləri məlum oldu

12:02 - 6 Mart 2015

Gözlənilən baş tutdu

 

Hal-hazırda "Park İnn” otelində AFFA-nın XXII Hesabat Konfransı keçirilir.

 

Sportal.az xəbər verir ki, Konfransda İcraiyyə Komitəsinin vakant olan yerlərinə seçkilər keçirilib. Ələkbər Məmmədovun vəfatına görə vakant yer yaranıb. PFL-in AFFA-prezidentə müraciətinə görə, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun namizədliyini irəli sürüb. İcraiyyə Komitəsinin digər üzvü Elmar Qasımov öz istəyi ilə komitədən ayrılıb. Onun yerinə Təhsil Nazirinin müavini Firudin Qurbanov səsvermə ilə seçilib.

Xəbər xətti