Cahangir Hacıyev "İnter"in yeni baş məşqçisinin kim olacağı haqqında danışdı

12:39 - 6 Mart 2015

Post kimə həvalə olunacaq?

 

“Kaxaber Sxadadzenin Gürcüstan millisini çalışdırması bizim üçün stimuldur. Bu, həm “İnter”, həm də onun özü üçün şərəfdir.  Yayda komandamıza yeni baş məşqçi təyin olunacaq”.

 

Sportal.az xəbər verir ki, bu sözləri "İnter” klubunun fəxri prezidenti bu gün keçirilən AFFA-nın Hesabat Konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

 

Hacıyev paytaxt təmsilçisinə məşqçi kimi dəvət olunan bosniya və herseqovinalı Marino Pusiçin Sxadadzenin əvəzləməsi ehtimalına da münasibət bildirib: “Sxadadzenin gedişindən sonra yeni baş məşqçinin kim olacağı bilinmir. Buna klubun daxilində keçiriləcək müzakirələrdən sonra aydınlıq gələcək. Komandaya Marino Pusiçi dəvət etmişik. Çünki baş məşqçi dəyişikliyinin mənfi təsir etməməsi üçün məşqçi dəvət etməyi lazım bildik”.

 

Klub prezidenti “İnter”in baş məşqçisi Kaxaber Sxadadzenin Gürcüstan yığmasında eyni vəzifəyə təyin edilməsinə münasibət bildirib: “Gürcüstan yığmasından dəvət aldı. Belə güclü mütəxəssisi 7 il burada çalışıb. Gürcüstan futbolunun səviyyəsi başqa ölkələrdən aşağı deyil, hətta çoxundan yüksəkdi. Baş məşqçimiz belə bir yığmanın çalışdırıcısı təyin edilib. Sözsüz ki, bu da şərəfdi”.

Xəbər xətti