SON DƏQİQƏ "Bakı" rəhbərliyi futbolçuları razı saldı

12:17 - 7 Mart 2015

Komanda bu gün son məşqinə çıxır
 
Xəbər verdiyimiz kimi, "Bakı"da futbolçular yanvar ayının maaşını almadıqları üçün iki gün öncə məşqə çıxmamışdı.
 
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, klub  rəhbərliyi futbolçuları razı salıb. Belə ki, yanvar ayının maaşları martın 15-nə qədər komandaya ödəniləcək. Bu barədə rəhbərlik futbolçulara söz verib. Bu vəddən sonra komanda dünən məşqə çıxıb və bu gündə AZAL-la oyunun hazırlıqlarını tamamlayacaq.

Xəbər xətti