"Düşünürəm ki..."
Premyer Liqanın XXV turunda “Neftçi”nin qonağı olan “İnter” 2-0 hesablı qələbə qazandı.
Sportal.az xəbər verir ki, oyundan sonra "İnter"in baş məşqçisi Kaxaber Sxadadze bunları qeyd edib:
“Gərgin oyun keçdi. İlk üçlükdə qərarlaşan komandaların oyunda belə gərginlik olur. Düşünürəm ki, keyfiyyətli oyun alınmadı, daha çox mübarizəli bir oyun izlədik. Düzdür, “Neftçi”də və “İnter”də keyfiyyətli oyunçular var. Amma bu tip oyunlarda emosiya yüksək olur. Külək oyuna təsir etsə də, oyunçularım işin öhdəsindən gəldilər. Futbolçularım rəqibin səhvindən yararlanaraq, 2 qol vurdular”.
saytlarin hazirlanmasi