İbrahim Uzunca: "Qırmızı vərəqə aldıqdan sonra..."

18:57 - 8 Mart 2015

"Gənc oyunçuları əvəzedicidən gətirmişik"

 

Premyer Liqasının XXV turu AZAL üçün uğurlu alındı. Tərlan Əhmədovun rəhbərlik etdiyi komanda “AZAL Arena”da “Bakı”nı 2-0 hesabı ilə məğlub etdi.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "Bakı"nın baş məşqçisi İbrahim Uzunca bunları qeyd edib:

 

“İlk hissədə şanslarımız vardı. Amma yararlana bilmədik. Qırmızı vərəqə aldıqdan sonra məğlub olduq. Gənc oyunçuları əvəzedicidən gətirmişik. Bir səhv futbolçuların həvəsdən düşməsinə səbəb olur. Bütün bunlara baxmayaq, mən oyunçularımı təbrik edirəm”.   

Xəbər xətti