Roman Qriqorçuk: "Onlar başa düşməlidir ki, 2-0 sürüşkən hesabdır"

20:37 - 8 Mart 2015

"Mən hesabı qorumağı tapşırmamışdım"

 

Premyer Liqanın XXV turunda “Sumqayıt”ı  2-0 hesabı ilə məğlub edən “Qəbələ” turnir cədvəlində 4-cü pilləyə yüksəldi.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk bunları qeyd edib:

 

"Qələbə qazandığımıza görə şadam. Liderlərdən geridəyik və hər oyun meydançaya 3 xal üçün çıxmalıyıq. Birinci hissədəki oyunumuzdan razıyam. İkinci hissədə hesabı qorumağı tapşırmamışdım. Sadəcə, oyunçuların psixologiyası tam formalaşmıyıb. Onlar başa düşməlidir ki, 2-0 sürüşkən hesabdır. Sona kimi oynamaq lazımdır. Ümumilikdə, oyunumuzdan razıyam. Futbolçularımı təbrik edirəm". 

Xəbər xətti