"Birinci hissəyə çox pis başladıq"
Premyer Liqanın XXV turunda “Sumqayıt”ı 2-0 hesabı ilə məğlub edən “Qəbələ” turnir cədvəlində 4-cü pilləyə yüksəldi.
Sportal.az xəbər verir ki, oyundan sonra "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov bunları qeyd edib:
"Birinci hissəyə çox pis başladıq. İkinci hissədə toparlanıb oyunda tarazlıq yaratdıq. Amma qol vura bilmədik. Müdafiədə yaxşı oynayırıq, hücumda isə çətinlik çəkirik. Bunun üzərində işləmək lazımdır. "Qəbələ"yə uğurlar arzulamaq istəyirəm."
saytlarin hazirlanmasi