"Neftçi" bu məğlubiyyətlə çempionluq yarışından əlini üzdü"

00:01 - 9 Mart 2015

Aqil Məmmədov: "Maliyyə cəhətdən heç bir problemimiz yoxdur"
 
"Oyuna yaxşı hazırlaşmışdıq. Rəqibi yaxşı analiz etmişdik. Sadəcə oyunumuz alınmadı. 2 məqamları oldu hər ikisindən də, maksimum yararlandılar. İkinci qolda  heç bir müdafiəçini gühahlandırmaq istəməzdim. İki futbolçunu arasından ötürmə verilib, ona görə də günahkar axtarmaq lazım deyil".
 
Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin qolkiperi Aqil Məmmədov "İnter"lə oyundan sonra açıqlamasında bildirib. O, komandada maliyyə sıxıntılarının olmadığını bildirib: 
 
"Komandamız bu məğlubiyyətlə demək olar ki, çempionluq yarışından əlini üzdü. İndi bizi AZAL-la çətin kubok oyunu gözləyir. Matça ciddi hazırlaşıb qalib gəlmək istəyirik. Komandada heç bir ruh düşkünlüyü ola bilməz. Bir müddət "Neftçi"də maliyyə problemləri olduğu yazılırdı, hazırda komandamızda heç bir problem yoxdur, maaşlar vaxtı-vaxtında verilir. Bir sözlə maliyyə cəhətdən heç bir problemimiz yoxdur". 

Xəbər xətti