SON DƏQİQƏ Reynaldo bu oyunu da buraxacaq

14:28 - 9 Mart 2015

Forvard müayinəsini davam etdirir
 
"Qarabağ"ın braziliyalı futbolçusu Reynaldo Silvanın bir müddət əvvəl zədələndiyi barədə ilk olaraq sizlərə xəbər vermişdik.
 
Sportal.az-ın əldə etdiyi məlumata görə, Reynaldo martın 13-ü keçiriləcək ölkə kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasında "Bakı" ilə oyunda da forma geyinə bilməyəcək. Forvard ən yaxşı halda martın 18-i keçiriləcək Premyer Liqanın 26-cı turunda qarşılaşacaqları "Sumqayıt"la matça hazır olacaq. Klubdan verilən məlumatda isə, futbolçunun hələ də məşqlərə başlamadığı və tibbi müayinəsini davam etdirdiyi bildirilir.

Xəbər xətti