"Xəzər Lənkəran"la matç Nadirov üçün əlamətdar oldu

15:24 - 9 Mart 2015

Futbolçu üçün 200-cü oyun
 
Premyer Liqanın XXV turu "Qarabağ”ın futbolçusu Vüqar Nadirov üçün bu komandanın heyətində 200-cü çempionat matçı kimi tarixə düşüb. 
 
Sportal.az xəbər verir ki, "Xəzər Lənkəran”la görüşə (1:0) start heyətində çıxan oyunçu 2001/02 mövsümündə debüt etdiyi klubdakı matçların sayında yubiley həddinə çatıb. Ölkə çempionatında "Xəzər Lənkəran”, "Masallı” və "Karvan”da da oynayan Nadirov ümumilikdə 283 qarşılaşmada 41 qol vurub. Bunlardan 200 oyun və 27 qol "Qarabağ” karyerasına təsadüf edib. Nadirov digər yarışları (avrokuboklar, Birlik kuboku, ölkə kuboku) da nəzərə almaqla, Ağdam klubunda 261 matçda 38 dəfə fərqlənib. O, Azərbaycan çempionatları tarixində eyni klubda 200 və daha çox oyun keçirən 15-ci futbolçudur. 

Xəbər xətti