Polislər Yunis Hüseynovu tanımadı
Dünən Premyer Liqanın 25-ci turu çərçivəsində baş tutan "Qarabağ" - "Xəzər Lənkəran" (0:1) matçından sonra polislərlə qonaq komanda arasında qalmaqalın baş verdiyini xəbər vermişdik.
Bu məsələ haqda ətraflı məlumatı cənub klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Sportal.az-a açıqlamnmasında məlumat verib:
"Oyundan sonra futbolçularımız paltardəyişmə otağına getmək istəsələr də, polislər buraxmayıb. Hər halda polislər futbolçunu azarkeşdən seçməlidi, əgər klubun verdiyi formada olursa, bu futbolçudu. Daha sonra idman direktoru Yunis Hüseynovla məni buraxmaq istəmirdi. Polis Yunis Hüseynova "sən kimsən, klubda nə işləyirsən" deyir. Yunis Hüseynov da idman direktoru deyir. Polis cavabında idman direktoru nədir, o nə işlə məşğul olur deyir. Həqiqətən də kənardan gülməli görünür. Belə hadisələrlə nəinki Respublika stadionunda, Bakıdakı bütün stadionlarda rastlaşırıq. Bunun da düzələcəyinə inanmıram".
saytlarin hazirlanmasi