Bunun üçün plan cızır
Gürcüstan millisi ilə anlaşan Kaxaber Sxadadzenin mövsüm başa çatan kimi “İnter”dən ayrılacağı hamıya məlumdur. Lakin sportal.az bununla bağlı maraqlı məlumat əldə edib.
Sən demə, Kaxa “İnter”dən ayrılmaqda o qədər də həvəsli deyil. Ondan olsa, Saxadadze həm “İnter”i, həm də millini eyni vaxtda çalışdırmaq niyyətindədir. Çünki Kaxaber Sxadadze “İnter”dən getməklə maliyyə baxımından ziyana düşmüş olacaq.
Həm də, Kaxa gedəndən sonra komandanın hücumçusu olan oğlu Baçananın da “İnter”də qalacağı sual altına düşəcək. Bütün bunları nəzərə alan gürcü məşqçi “İnter”də qalmağın yollarını axtarır.
Əldə etdiyimiz bilgiyə görə, Kaxa bir neçə aparıcı futbolçuyla bu barədə söhbət edib. Onlara deyib ki, rəhbərliklə görüşsünlər və məsələ qaldırsınlar ki, Sxadadzeni “İnter”də saxlamaq lazımdır.
saytlarin hazirlanmasi