İlinə 2,5 milyon manat xərclənən hakimliyin səviyyəsi "Bakı"nın baş məşqçisini də qəzəbləndirdi: "Dərdimizi kimə deyək?" ÖZƏL

18:00 - 9 Mart 2015

"Açıq-aşkar bizə qarşı çıxırlar"

 

Azərbaycan çempionatında hakimliyin səviyyəsi o qədər aşağıdır ki, elə tur olmur ki, səhv olmasın, elə komanda yoxdur ki, narazılıq etməsin.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, AZAL-la oyundan sonra “Bakı”nın baş məşqçisi İbrahim Uzunca fəryad qoparıb:

 

“Dərdimizi kimə deyək? Hər oyunda ya qapımıza penalti verilir, ya da futbolçumuza qırmızı vərəqə. Hakimlər artıq açıq-aşkar bizə qarşı çıxırlar”.

 

Onun belə deməsinə səbəb isə AZAL-a (0:2) məğlub olduqları oyunun ikinci hissəsində Jabanın qırmızı vərəqə alması olub. 

 

Qeyd edək ki, AFFA-nın illik büdcəsindən hakimlik sahəsinə 2,5 milyon manata yaxın pul ayrılır. Ancaq bu qədər vəsait xərclənsə də, ortada heç bir nəticə yoxdur. Hakimlik yenə də aşağı səviyyədədir.  

Xəbər xətti