"Lənkəran azarkeşləri 50 nəfərlə də öz sözünü deyər"
AFFA-nın hesabat-seçki konfransında çıxış edən Rövnəq Abdullayev stadionlara azarkeşlərin gəlməməsini belə izah edib:
“Sanki azarkeşsiz oynamaq klublara sərf edir. Çünki fanatlar olmayanda onları istefaya səsləyən olmur”.
Onun bu açıqlaması birbaşa klub rəhbərlərinə yönəlib. AFFA prezidenti iddia edir ki, azarkeşlərin stadionlara gəlməməsi məqsədyönlü şəkildə aparılır.
Son zamanlar azarkeşsizlikdən əziyyət çəkən daha bir klub “Xəzər Lənkəran”dır. Əvvəllər demək olar ki, həmişə dolan Lənkəran arenasında indi boş yerlər çox olur. Rövnəq Abdullayevin ismarıcını "Xəzər Lənkəran"a da ünvanlanmış olduğunu hesab etmək olar.
Bu haqda klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Sportal.az-a danışıb:
"Rövnəq Abdullayev burda ad çəkməyibsə, biz öz üzərimizə götürmürük. Orda azarkeşlərin rəhbərliyə qarşı istefa qışqırmaqları qeyd olunur. Lənkəran azarkeşləri 50 nəfərlə də öz sözünü deyən azarkeşlərdi. Fikrimcə bu açıqlama bizə aid edilmir".
saytlarin hazirlanmasi