İntizam Komitəsinin iclası
İntizam Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul olunub.
Sportal.az sizi iclasda qəbul olunan qərarlarla tanış edir:
Topaz Premyer Liqasının XXV turunun “Qəbələ” – “Sumqayıt” matçında “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
Topaz Premyer Liqasının XXV turunun “Neftçi” – “İnter” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
Topaz Premyer Liqasının XXV turunun “Qarabağ” – “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
Topaz Premyer Liqasının XXV turunun AZAL – “Bakı” matçının 69-cu dəqiqəsində “Bakı” klubunun 85 №-li futbolçusu Jaba idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur. Oyunun 86-cı dəqiqəsində AZAL klubunun 27 №-li futbolçusu Rəşad Abdullayev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 2000 manat cərimə olunur.
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXV turunun “Qəbələ” – “Sumqayıt” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXV turunun “Neftçi” – “İnter” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur
saytlarin hazirlanmasi