"Xəzər Lənkəran"ın baş məşqçisi: "Vəziyyət gərgindi, amma..."

12:00 - 11 Mart 2015

"Güc var, təcrübə yoxdu"
 
Ölkə kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasında "Xəzər Lənkəran" doğma meydanda "İnter"i qəbul edəcək.
 
İlk oyunda 2:0 hesabı ilə məğlub olmuş  cənub təmsilçisinin baş məşqçisi Elbrus Məmmədov oyun haqda fikirlərini Sportal.az-a açıqlayıb:

"Bizi çətin oyun gözləyir, statistikaya baxsaq, "İnter" çempionatda ən az qol buraxan komandadır. Laki  biz də çalışırıq ki, bu oyunda səfəli nəticə qazanıb növbəti mərhələyə vəsiqə qazanaq. Oyunda erkən qol vura bilsək, vəziyyəti öz xeyrimizə dəyişə bilərik. Hazırda vəziyyət gərgindi, amma mən müsbət fikirləşirəm. Komandamızın erkən qolu vurmağa gücü var, amma təcrübəsi yoxdu. Dünən "Real" - "Şalke" oyununda rəqib də gənc futbolçularla "Real"a 4 qol vurmağı bacardı. Ümid edirəm, biz də sərfəli nəticə qazana biləcəyik".
 
Məmmədov azarkeşlərin oyuna az gəlməsi məsələsinə də toxunub: 
 
"Həmişə "Xəzər Lənkəran" sevərlər bizimlə olub, hər oyunumuza gəlib dəstək olub. Düzdü, son zamanlar bəzi azarkeşlərimiz bizdən küsüb, ancaq inanıram onlar da tezliklə stadiona qayıdıb komandaya dəstək olacaq".

Xəbər xətti